Qazax Müəllimlər Seminariyası - ADA Qazax Mərkəzində beynəlxalq konfrans oldu

Qazax Müəllimlər Seminariyası - ADA Qazax Mərkəzində beynəlxalq konfrans oldu
 

5 oktyabr 2024-cü il tarixdə Qazax Müəllimlər Seminariyası - ADA Qazax Mərkəzində “TƏHSİLDƏ YENİ ÇAĞIRIŞLAR: MAARİFÇİLİK ƏNƏNƏSİ VƏ SÜRƏT DÖVRÜ” adlı beynəlxalq konfrans oldu.

Konfransda ADA-nin Strategiya və İnkişaf üzrə prorektoru, Qazax Müəllimlər Seminariyası İdarə Heyətinin üzvü Vəfa Kazdal seminariyanın tarixi barədə təqdimat etdi. Daha sonra Dünya Təhsil Forumunun yaradıcısı və direktoru, Dominik Savaj, “Qlobal təhsildə mövcud olan problemlər, onların həll yolları”, Musiqişünas, Beynəlxalq Musiqi şurasının rəhbəri Nigar Axundova “Ümumi təhsil sistemində mədəniyyətin inteqrasiyası” mövzusunda məruzə və təqdimatlar etdilər. Sonra “Təhsildə yeni çağırışlar: Maarifçilik ənənəsi və Sürət Dövrü” mövzusunda panel müzakirəsi oldu. Müzakirələrə moderatorluğu, ADA-nın Strategiya və İnstitusional tədqiqatlar üzrə direktoru, Abbas Abbasov etdi. Panel müzakirədə Elnur Əliyev (AR Təhsil İnstitutunun Direktor səlahiyyətlərini müvəqqəti icra edən), Sevinc Məmmədova ( Corc Vaşinqton Universitetinin proqram direktoru), Arzu Məmmədova (Xarici dillər və Mədəniyyət departamentinin direktoru), Orxan Kərimzadə (İnformasiya Texnologiyaları və Mühəndislik fakültəsinin baş müəllimi) iştirak etdilər.
Daha sonra ADA ABŞ Mərkəzinin rəhbəri, Qazax Müəllimlər Seminariyası İdarə Heyətinin üzvü Qalib Məmmədov “Qazax Müəllimlər Seminariyası: Dəyərlər və Vətəndaşlıq üzərində qurulan təhsil modeli” adlı çox maraqlı məruzə etdi.
Konfrans çərçivəsində prof., p.ü.e.d., Zəhra Muradovanın Qazax seminariyası ilə əlaqəli yazdığı “Zülmətdə parlayan işıq” adlı kitabının dəyirmi masa formatında müzakirəsi keçirildi. Dəyirmi masa iştirakçıları prof. Zəhra Muradova, prof. Həvva Məmmədova, dos. İlham Əhmədov, dos. Zöhrə Həsənovaa, dos. Sevinc Rzayeva, dos. Mahirə İbadova bu maraqlı kitab haqında öz fikirlərini bildirdilər. Müzakirənin sonunda prof. Zəhra Muradova Qazax seminariyası və onun məzunları haqqında olan digər kitabını seminariyaya hədiyyə etdi. Müzakirənin sonunda ADA ABŞ Mərkəzinin rəhbəri, Qazax Müəllimlər Seminariyası İdarə Heyətinin üzvü Qalib Məmmədov və ADA-nin Strategiya və İnkişaf üzrə prorektoru, Qazax Müəllimlər Seminariyası İdarə Heyətinin üzvü Vəfa Kazdal bu kitabı ərsəyə gətirdiyi və seminariyaya hədiyyə etdiyi üçün prof. Zəhra Muradovaya minnətdarlığını bildirdilər.

İlham Əhmədov, Dosent 

Paralel.az 

0.034594058990479