“AY” niyə müqəddəs hesab olunmuşdur?
(Əvvəlki məqaləmə bir neçə abzas əlavələr)
Ayın müqəddəsliyi haqqında əvvəlki məqaləmdə məlumat vermişdim.Məqalənin kompleksliyi tamamlanmadığından bir neçə abzas əlavə etməyi vacib saydım.
“AY” ən qədim insanlar tərəfindən niyə müqəddəs sayılmışdır?
İbtidai insanlar Tanrını yerdəki insanlardan fərqli olaraq buynyzlu təsəvvür etmişlər.Yəni tanrını insanlardan fərqləndirmişlər.Tanrının yerdə və göydəki inanclarını da buynuzlu olmasına görə seçmişlər. Bu səbəbdən də bütün buynuzlu heyvanları özlərinə inanc (totem) kimi qəbul etmişlər.İnək cinsindən olan mal-qaranı buğa,kəl, öküzü, qoçu, fili (əslində fil dişi sandığımız onun dişi deyil, buynuzudur) v.s.
Günəşin gürzünü onun buynuzları kimi təsəvvür edirdilər.M.Füzulinin “Bəngü-Badə” poemasında içki düşkünü şərab almağa pul tapmayanda, məsxərə üçün şərabxora məsləhət edirlər ki, o, günəşə yalvarsa günəş qızıl gürzündən birini ona hədiyyə göndərər...
Bəs Ay niyə müqəddəs hesab edilmişdir?Maraqlıdır, elə deyilmi?(İngilislərin “Tag question – ayırıcı sualına bənzədi)
Bir neçə gecəlik təzə aya “hilal” və ya “aypara” deyilir.Əgər biz bir neçə gecəlik təzə aya diqqət versək onun forması buynuza bənzəyir.
Qədim insanların təsəvvürünə görə Tanrının buynuzlu olması səbəbindən yeni doğulmuş ayı Tanrının buynuzu kimi qəbul etmişlər.Məhz bu səbəbdən də Ay qədim insanlar tərəfindən müqəddəs hesab edilmiş və Tanrının göydəki inancı kimi qəbul edilmişdir.
Klassik şeirdə gözəlin qaşı hilala bənzədilmişdir...
Görəsən ərəb dilində “hilal” sözü haradandır?(Heç bunu ərəblərin özləri də bilmir)
“Hilal” sözü Qədim Misirlilərin qibti (Eqibet adı da buradandır) dilində onların Hor Tanrısının adından törəmə sözdür.Bütün dillərdə olduğu kimi “hilal” sözündə də “r-l” və sait keçidi kimi fonetik əvəzlənmə hadisəsi olmuşdur.Hor-hil-hilal...və s.Fironizmin sözyaradıcılığındandır.
Fironizm dünya dillərinin leksikasının açarıdır.Təəssüf ki, dünyanın nə klassik, nə də müasir dilçilərinin heç biri qədim sözlərin yaranmasında tanrıçılığın rolunu duya bilməmişlər...)
Qədim Oğuz dilindəki “qaş” sözü də tanrıçılıqdan gəlir.İnsanın surətində tanrının əlaməti olan “buynuz”un bənzəri kimi.Yəni “qaş” sözü “qoşa” sözündəndir.İnsanın qaşını Tanrının buynuzuna bənzətmişlər.”Qoç” inancının adı da burdadandır – yəni qoşa buynuzlu.
Kişinin bığı da buynuza bənzədiyindən ( “buğuburma”) Qədim Oğuzların“buğa” inancının adından yaranmadır.
(müəllif)
Təşəkkür edirəm.
P.S.Dilçilikdə tanrıçılıq (Teolinqvistika) öyrənilmədiyindən dünyanın heç bir dilçi alimi öz dillərində olan ən qədim sözləri fonoloji qaydada aça bilməmişdir.
Qədim Oğuz əcdadlarımızın bizlərə miras qoyduğu sözlərin incələnməsini Sizlərə çatdırmağı özümə borc bilirəm və bu mənim üçün müqəddəs bir işdir.
Həsən Əliyev
Paralel.az