Sənədsiz evlərə “kupça” almaq asanlaşır... - Yeni qaydalar nə vəd edir?

Sənədsiz evlərə “kupça” almaq asanlaşır... - Yeni qaydalar nə vəd edir?
 

Qeyri-rəsmi məlumatlara görə, Azərbaycanda, xüsusilə Bakı və Abşeron ərazilərində çıxarışı olmayan yüzminlərlə fərdi yaşayış evi mövcuddur.

Ekspertlərin sözlərinə əsasən, bu evlərə sənəd verilməməsinin əsas səbəblərindən biri onların yaşayış məntəqələri deyil, kənd təsərrüfatı və ya digər təyinatlı torpaq sahələrində tikilməsidir.

Ölkə başçısının 28 sentyabr 2024-cü il tarixli fərmanı ilə “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları” təsdiq olunub. Maraqlıdır, bu qayda sənədsiz ev probleminin həll olunmasına imkan verə bilər?

“Qafqazinfo”nun məlumatına görə, Nazirlər Kabinetinin 2017-ci il 20 yanvar tarixli qərarı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nda torpağın bir kateqoriyadan digərinə keçirilməsinin əsaslarından biri də yeni yaşayış məhəllələrinin salınması və ya mövcud yaşayış məntəqələrinin inkişaf etdirilməsi məqsədilə əlavə torpaq sahələrinin ayrılması 

 

0.017158031463623