Silikon sinə, qaynaq saçlar.. - Dünya bu şəkildə idarə olunur

Silikon sinə, qaynaq saçlar.. - Dünya bu şəkildə idarə olunur
 

Xəbər verdiyimiz kimi, Bakıda şagirdlərin şüuraltına təsir edəcək məktəb ləvazimatları satılır. Bu barədə görüntülər sosial şəbəkələrdə yer alıb. Belə ki, məktəb ləvazimatları satılan mağazaların birində şagirdlərin psixologiyasına təsir edəcək silah formasında qələmlər satışdadır. Nisbətən münasib qiymətə təklif olunan ləvazimatlar bir çox azyaşlı və yeniyetmələrin diqqətini çəkir.

Bəs bu formada satılan məktəb ləvazimatları məktəblilərin şüuraltına necə təsir edir?

Paralel.az xəbər verir ki, məsələ ilə bağlı News24.az-a danışan tanınmış psixoloq Samirə Bağırova bildirib ki, bu, birmənalı şəkildə şüuraltına təsir etməkdir. Ümumiyyətlə dünyada “Черная наука“, yəni “ Qara elm “ adlanan bir sahə var:

"Alimlər hələ iyirmi il öncələrdən planlı şəkildə elə şeylər hazırlayır ki, iyirmi il sonra artıq insanlar onunla idarə olunurlar. Hər yeni gələn nəsil və idarə olunmaları üçün uşaqlıqdan şüursuz təsir başlanır. Məsələn, "barbie" gəlinciyi ilə oynayan və artıq böyüyən qızların şüuraltında barbie-nin fiqurası formalaşıb. "Barbie" gəlinciyi kəşf olunanda isə artıq bədən şəkilləndirmə, ağappaq dişlər, silikon sinə, qaynaq saçlar, böyüdülmüş omba əməliyyatı da düşünülür. Yaxud "Reynbou Hay" gəlincikləri iri, badam gözləri ilə diqqəti cəlb edir. Hansı ki, badam göz əməliyyatı dəbdədir. Müharibəyə aid döyüş oyuncaqlarının yaranmasında isə əsgərlər, tank, maşın və sairə hələ uşaqlıqdan oğlanları döyüşmək, itaət elətdirmək təsiri dayanır. Diqqət etsəniz sovet vaxtında çox nadir halda əsgər oyuncaqları satılardı. Oyuncaqdan başlayaraq, qidalara qədər, bütün xırda detallar nəzərə alınır və ilk olaraq oyuncaq şəklində hazırlanır. Sonradan tibbə, müharibəyə, alış-verişə və sairəyə yönləndirilərək dünya bu şəkildə idarə olunur. Hətta nəyin, hansı ölkələrdə daha çox satışı olmalıdır, onlar da hələ illər öncəsindən planlı şəkildə baş verir. Ümumiyyətlə dünyaya övlad gətirməyi düşünən valideynlər də bir az savad olmalıdır. Valideyn uşağına aldığı paltardan tutmuş, oyuncağına, qidasına qədər diqqətli olmalıdır, hətta bu kimi mağazaları da yeri gəldikdə şikayət etməlidir".

 

0.018493890762329