Tramp seçkidə məğlub olarsa, ABŞ-da nələr baş verəcək? - Maskdan PROQNOZ
Amerikalı sahibkar İlon Mask Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın qarşıdan gələn seçkilərdə uduzacağı təqdirdə ABŞ-ın gələcəyini proqnozlaşdırıb.
Paralel.az xəbər verir ki, "Tesla" şirkətinin rəhbəri bu barədə "X" sosial şəbəkəsində yazıb.
"Əgər Donald Tramp qalib gəlməsə, "demokratik" partiya bütün qanunsuz miqrantları qanuniləşdirəcək. Amerika təkpartiyalı sosialist dövlətə çevriləcək”, - Mask bildirib.