Əvvəl bizə hörmət edirdilər, indi isə gülürlər - Tramp
“Amerika hakimiyyəti başqa ölkələrə on milyardlarla dollar ayırır, lakin Helen qasırğasının nəticələrindən zərər çəkmiş öz vətəndaşlarına adekvat yardım göstərə bilmir”.
“Paralel.az ” xəbər verir ki, bu sözləri Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp deyib.
“Evləri su altında qalan insanlara 750 dollar təklif edirlər. Və eyni zamanda, biz ABŞ vətəndaşlarının əksəriyyətinin heç eşitmədiyi ölkələrə on milyardlarla dollar veririk. Dörd il əvvəl bütün dünya bizə hörmət edirdi. İndi isə bizə gülürlər. Biz buna yol verə bilmərik”, - prezidentliyə namizəd bildirib.
Qeyd edək ki, ABŞ-ın sabiq lideri Donald Tramp ona qarşı sui-qəsdin təşkil olunduğu Batlerdə yenidən mitinq təşkil edib. Mitinqə amerikalı sahibkar və dünyanın ən zəngin adamlarından biri İlon Mask da iştirak edib.