Bu aviaşirkətin təyyarələrində peycerlər QADAĞAN EDİLDİ

Bu aviaşirkətin təyyarələrində peycerlər QADAĞAN EDİLDİ
 

Livanda kütləvi partlayışlardan sonra “Emirates” aviaşirkəti sərnişinlərə peycer və radio aparatlarını təyyarəyə götürməyi və ya baqaja təhvil verməyi qadağan edib.

Paralel.az xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir.

Qeyd olunub ki, polis sərnişinlərin əl yükündə və ya baqajında aşkar edilmiş cihazları müsadirə edəcək.

Xatırladaq ki, sentyabrın 17-18-də Livanda rabitə qurğularının partlaması nəticəsində 37 nəfər ölüb, 3 mindən çox insan yaralanıb.(Musavat.com)

 

0.07476019859314