Həkimin atdığı addım ölkədə qalmaqala səbəb olub 

Həkimin atdığı addım ölkədə qalmaqala səbəb olub 
 

İngiltərədə ölüm riski az olan əməliyyatlar edən həkimin atdığı addım ölkədə qalmaqal yaradıb.

Paralel.az BBC-yə istinadla xəbər verir ki, cərrahi əməliyyat zamanı steril neştər tapa bilməyən həkim xəstənin döş qəfəsini İsveçrə bıçağı (qatlanan bıçaq) ilə açıb.

Həkim dostları onun xəstəxanada neştər tapa bilməməsindən təəccübləniblər və bu addımından şübhələniblər.

Onun birdən çox xəstəyə qatlana bilən bıçaqla müdaxilə etdiyi üzə çıxıb.

Bildirilib ki, cərrah son iki ayda üç dəfə aşağı riskli əməliyyat keçirib və onlar qısa müddətdə dünyasını dəyişib.

Araşdırmalar nəticəsində ümumilikdə 105 ayrı klinik səhlənkarlıq hadisəsi müəyyən edildiyi və faktların araşdırıldığı bildirilir.

 

0.013983011245728