"Buraxılış imtahanlarının məzmunu, fəlsəfəsi bir daha müzakirə edilə bilər" -  Nazir Emin Əmrullayev

 

"Azərbaycan təhsilinin məzmunu son 90 ildə dəyişmir. "Niyə dəyişmir?" sualı çox vacibdir".

Paralel.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Təhsildə Yeni Çağırışlar V Beynəlxalq Forumunda çıxışı zamanı deyib.
"Başa düşürük ki, təhsilin məzmunu niyə dəyişmir. Sadəcə olaraq "bunu dəyişmək üçün nə etməliyik?" müzakirəsinin daha çox faydası var. Eyni zamanda mənim üçün vacib olan məqamlardan biri Azərbaycanın ali təhsilə baxışının kifayət qədər elitar (seçimə əsaslanması) olmasıdır. Biz hər il məktəbi bitirən məzunların uğurlu hissəsini alqışlayırıq. Amma hamı ali təhsilə gəlməlidir  deyə bir şey yoxdur. 
Ali təhsil sadəcə təhsilin növbəti pilləsidir. Biz yalnız ali təhsilin keyfiyyətini qaldırmaqla girişi bir az genişləndirib çıxışı daraltmaqlamı qarşımızda olan məqsədlərə nail olmalıyıq, yoxsa girişi daraldıb çox az sayda adam götürüb sonra davam etməliyik? Bu maraqlı müzakirə ola bilər.
Və yaxud Azərbaycan məktəblərinin yekun qiymətləndirilməsi, buraxılış imtahanlarının məzmunu, ümumiyyətlə imtahan fəlsəfəsi bir daha müzakirə edilə bilər",- deyə o söyləyib.

 

 

0.017519950866699