ABŞ İrandan hərbi bazalarına hücum etməməyi xahiş edib
Oktyabrın 1-də İsrailə raket hücumundan az əvvəl ABŞ İrandan ABŞ hərbi bazalarına hücum etməməsini istəyib.
Paralel.az xəbər verir ki, bu barədə İraqın “Baghdadtoday” portalı məlumat yayıb.
“Vaşinqton İranın və ya ona yaxın qrupların Amerika bazalarına hücum edə biləcəyindən narahat idi. Birləşmiş Ştatlar hadisələrin istənilən sürətli inkişafına hazırlıq üçün bütün ehtiyat tədbirlərini görüb”, - portal mənbəyə istinadən yazıb.
Bundan əlavə, qeyd olunub ki, Amerika tərəfi İranın raket imkanlarından narahatdır. Xüsusilə hipersəs silahları xüsusi narahatlıq doğurur.(publika.az)