Qaranlıq, darısqal bir yataqxana otağına atılmışıq...

Qaranlıq, darısqal bir yataqxana otağına atılmışıq...
 

İllərin çarpışmasından sonra 4 nəfərlik ailənin yaşaması üçün heç bir şəraiti olmayan, gün işığına həsrət, qaranlıq, darısqal bir yataqxana otağına atılmışıq. AMEA rəhbərliyi deyir ki, daha bizim bacardığımız budur. Burada qaz, ümumiyyətlə, yoxdur. Su isə 2 saat səhər, 1 saat axşam (saat 17.00 - 18.00) verilir. Divarlardakı kif və rütubət allergik tutmaları kəskinləşdirir. Payızdır. Xroniki xəstəliklərin kəskinləşdiyi dövrdə normal yatağa ehtiyac yarandığını düşünəndə adam dəhşətə gəlir, çünki tibbi yardım almaq, özünə qayğı göstərmək üçün heç bir şərait yoxdur. Nə çarpayı, nə divan, nə stol, nə paltarları yığmaq üçün şkaf var. Bunları yerləşdirməyə heç yer yoxdur. 1000-dən artıq kitabı məhz bu səbəbdən ləğv etmişəm. Yazı masası haqqında düşünmək isə absurddur. Otaqda tək işləyən şey 70 manata aldığımız, kəsif pas iyi verən soyuducudur...
On il səkkiz ay dövlət qulluğundan savayı, iyirmi altı ildir ki, pedaqoji və elmi fəaliyyətlə məşğulam. İşimə həmişə məsuliyyətlə yanaşmışam və çalışmışam ki, nöqsanlara yol verməyəm. Kifayət qədər elmi nailiyyətlərim də var. AMEA rəhbərliyinin bu etinasızlığını, "bacardığımız budur" deyib belə "yaxşılıq" etməsini özümə qarşı aşağılayıcı münasibət sayır və düşünürəm ki, bütün bunlar mənim ailəlikcə məhv edilməyim üçün bir zəmindir.
PS. Dəhşətdir, sanki Bakıda deyil, Afrikanın sivilizasiyadan kənar ən miskin bir şəhərinin sakiniyəm. Təsəvvür edin, gecənin bu saatında tualet üçün şəhərə çıxmaq məcburiyyətindəyəm.

Professor İdris Abbasov 

Paralel.az 

0.0092270374298096