Prezident general-mayoru rütbəsindən məhrum edib
Naxçıvan Penitensiar Xidmətinin sabiq rəisi general-mayor rütbəsindən məhrum edilib.
Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Tofiq Etibar oğlu Həsənov ədliyyə general-mayoru ali xüsusi rütbəsindən və “Vətən uğrunda” medalından məhrum olunub.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Tofiq Həsənov Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum olunub.
Təqsirləndirilən şəxsin “ədliyyə general-mayoru” rütbəsindən və “Vətən uğrunda medalından” mərhum edilməsi üçün həmin rütbəni və dövlət təltifini vermiş müvafiq orqana təqdimat göndərilib.
Paralel.az