8 ildir axtarışda olan FETÖ-nün əsas üzvlərindən biri saxlanılıb

8 ildir axtarışda olan FETÖ-nün əsas üzvlərindən biri saxlanılıb
 

Türkiyənin Ankara şəhərində Milli Kəşfiyyat İdarəsi (MİT) və polis birgə əməliyyat keçirib.

Paralel.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Bildirilib ki, əməliyyat nəticəsində 8 ildir axtarılan FETÖ-çü Mustafa Karatay evində saxlanılıb. Terrorçunun evindəki bütün rəqəmsal vasitələr götürülüb.

Qeyd edilib ki, o, FETÖ-nün əsas üzvlərindən biri olub.

Məlumata görə, M.Karatay 15 iyul çevriliş cəhdinin təşkilatçılarından biri olub.

Başqa bir məlumata görə, İstanbulda da FETÖ-yə qarşı əməliyyat keçirilib. 14 fərqli ünvanda eyni vaxtda keçirilən əməliyyatlar nəticəsində 6 şübhəli şəxs saxlanılıb.

0.019491910934448