Bir rayonda elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq

Bir rayonda elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq
 

Ordubad rayonunda elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.

Paralel.az xəbər verir ki, bu barədə "Nuhçıxan" İnformasiya Agentliyindən məlumat verilib.

Bildirilib ki, 110 kilovoltluq "Ordubad-1" hava elektrik verilişi xəttinin yeni qurulan 132/110/35/10 kilovoltluq "Culfa" elektrik yarımstansiyasına birləşdirilməsi ilə əlaqədar Ordubad rayonu ərazisində 01 və 02 oktyabr 2024-cü il tarixlərində saat 16:00-dan 17:00-dək elektrik enerjisinin verilişində qısa fasilələr yaranacaq.

 

0.014252901077271