Dörd NATO ölkəsi Rusiya və Belarusla sərhəddə bunkerlər tikəcək

Dörd NATO ölkəsi Rusiya və Belarusla sərhəddə bunkerlər tikəcək
 

NATO üzvləri olan Estoniya, Latviya, Litva və Polşa Rusiya və Belarusla sərhədlərdə bunkerlər, maneələr, paylayıcı xətlər və hərbi anbarlar şəbəkəsinin tikintisi üçün Avropa İttifaqından maliyyə vəsaiti almağa çalışacaqlar.

Paralel.az xəbər verir ki, bu məlumatı Associated Press Estoniya rəsmilərinə istinadən yayıb.

Estoniyanın müdafiə naziri Hanno Pevkur bildirib: “Baltikyanı müdafiə xəttinin yaradılması zərurəti təhlükəsizlik şəraitindən irəli gəlir və NATO-nun yeni irəliyə doğru müdafiə konsepsiyasını dəstəkləyir. Fəaliyyətlərimizi Polşa ilə əlaqələndirmək son dərəcə vacibdir”.

Nazirin sözlərinə görə, təklif edilən hazırlıqlar Avropa İttifaqının təhlükəsizliyini və onun sərhədlərinin hərbi müdafiəsini gücləndirir: “Ona görə də biz aydın şəkildə görürük ki, Aİ layihəyə maliyyə dəstəyi də verə bilər”.

NATO-nun şərq cinahında yerləşən dörd Avropa ölkəsinin müdafiə nazirləri cümə günü Latviyanın cənub-şərqindəki Dauqavpils şəhərində layihənin maliyyələşdirilməsini müzakirə etmək üçün bir araya gəliblər.

Onlar Estoniya, Latviya, Litva və Polşanın layihə üçün Brüsseldən nə qədər maliyyə yardımı istəyəcəklərini dəqiqləşdirməyiblər, lakin birgə bəyanatda qeyd ediblər ki, “Rusiyanın Ukraynaya qarşı müharibəsi göstərdi ki, təbii müdafiə örtüyü olmayan açıq ərazidə fiziki maneələr yaratmaq hətta texnoloji cəhətdən inkişaf etmiş müharibədə də böyük əhəmiyyət kəsb edir.”

Üç Baltikyanı ölkə ilkin olaraq yanvar ayında “Baltikyanı müdafiə xətti” yaratmaq planını açıqlamışdı. May ayında Polşa Rusiyanın Kalininqrad və Belarus anklavı ilə sərhədlərini gücləndirmək üçün Şərq Qalxanı adlı oxşar layihəni elan edib Daha sonra iki layihənin birləşdirilməsi qərara alınıb.(Musavat.com)

 

0.018862962722778