Qiyamçı keşiş bütün erməniləri 2 oktyabr aksiyasına çağırdı

Qiyamçı keşiş bütün erməniləri 2 oktyabr aksiyasına çağırdı
 

Ermənistandakı etiraz hərəkatının lideri keşiş Baqrat Qalstanyan hamını oktyabrın 2-də başlayacaq “Qələbə və ümid” adlı mübarizə mərhələsinə qoşulmağa çağırıb.

Paralel.az Modern.az-a istinadən xəbər verir ki, Baqrat Qalstanyan bu aksiyanı “müqəddəs hərəkat” adlandırıb.

Erməni keşiş hər kəsi ruh, iman və dua ilə silahlanmağa Ermənistanın qələbəsinə hazırlaşmağa çağırıb.
“Uca Rəbbimiz yolumuzu ədalətə və zəfərlərə çatdırsın” . – deyə o bildirib.

Keşiş Baqrat Qalstanyanın məqsədi baş nazir Nikol Paşinyanın hökumətini devirməkdir. Bu işdə ona eks-prezidentlər Robert Köçəryan, Serj Sarkisyan və erməni kilsəsi də gizli dəstək verirlər.

 

0.055742025375366