Kurska hücum nəticəsində 5 mindən artıq insan itkin düşüb
Ruslar Kursk vilayətində itkin düşmüş qohumlarının axtarışı üçün Qırmızı Xaç Cəmiyyətinə 5 mindən çox müraciət edib.
Paralel.az rbc-yə istinadən xəbər verir ki, Ukrayna ordusunun Kursk vilayətini işğal etdikdən sonra Rusiya Qızıl Xaç Cəmiyyətinin (RXC) əməkdaşları əlaqələri kəsilən qohumların axtarışı üçün beş mindən çox müraciət alıb.
Bildirilir ki, ümumilikdə indiyədək 800-ə yaxın ailənin əlaqəsi bərpa olunub. Amma bu say da tapılan insanların sayına bərabər deyil, çünki bir nəfər bir neçə qohumuna qovuşa bilərdi.
Qeyd edək ki, avqustun 12-də vilayətin qubernatoru Aleksey Smirnov Rusiya prezidenti Putinlə görüşdə 2 minə yaxın insanın taleyindən xəbərsiz olduğunu bildirib.