Ermənistanda nazir müavini istefa verdi

Ermənistanda nazir müavini istefa verdi
 

Ermənistanın ədliyyə nazirinin müavini Sirvard Gevorkyan intriqalar səbəbindən vəzifəsindən istefa verib.

Paralel.az ” xəbər verir ki, bu barədə o, sosial şəbəkədəki hesabında yazıb.

O, qeyd edib ki, vəzifəsindən istefa ərizəsini təqdim edib.

O, xüsusən qeyd edib: "İntriqalar ağlı məğlub etdi. Bu gün Ermənistanın ədliyyə nazirinin müavini vəzifəsindən istefa ərizəsi vermişəm. Nazir Qriqor Minasyanın rəhbərlik etdiyi Ədliyyə Nazirliyinin komandasını böyük ağrı və təəssüf hissi ilə tərk edirəm. Uzun illər bu sistemdə işləmişəm və hələ çox şey etməli idim. Bu gündəlik çətin, lakin çox vacib işdə iştirak etmək istərdim.

Təəssüf ki, hər iki siyasi qütbdən öz siyasi maraqları və ya şəxsi intriqaları naminə mümkün və qeyri-mümkün olan hər şeyi manipulyasiya edən qəzəbli insanların hücumuna məruz qaldım. Heç bir vəzifə və ya iş məni dostlarımı və həmkarlarımı riskə atmağa məcbur edə bilməz”.

 

0.015530109405518