Tbilisidən Abxaziya və Cənubi Osetiyaya çağırırş: Gəlin birləşək

Tbilisidən Abxaziya və Cənubi Osetiyaya çağırırş: Gəlin birləşək
 

“Ərazilərimizin 20%-nin qanunsuz işğal olunmasına baxmayaraq, biz irəliləməkdə, böyüməkdə və uşaqlarımızın daha yaxşı, daha güclü və daha ləyaqətli Gürcüstanda yaşaması üçün çalışmaqda davam edirik”.

Paralel.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxışı zamanı deyib. 

Baş nazirin sözlərinə görə, hökumət bütün Gürcüstan vətəndaşlarının öz ölkələri ilə fəxr etmələri üçün ardıcıl və yorulmadan çalışır.
“Mən fürsətdən istifadə edib işğal xəttinin o tayında, Abxaziya və Cənubi Osetiya bölgələrindəki xalqımıza müraciət etmək istərdim. Bütün addımlarımız xalqımıza kömək etmək məqsədi daşıyır ki, bir gün biz də övladlarımızla birlikdə xoşbəxt, vahid və inkişaf etmiş Gürcüstanda yaşaya bilək. İşğal xəttinin bu tərəfində biz sizi hər zaman açıq ürəklə qarşılayacağıq. Biz ölkəmizdə bütün dağılmış körpüləri bərpa etməliyik”, -  baş nazir bildirib.

 

 

0.028102874755859