Həkimlər şoka düşdü: ildırım vurdu, ölümdən döndü
Gürcüstanda rusiyalı turisti ildırım vurub. xəstəxanadan buraxılıb. O, artıq Samaraya qayıdıb
Paralel.az xəbər verir ki, hadisə Batumda 32 yaşlı Pavel Smirnovun başına gəlib. Dostları ilə rəqs edərkən onu ildırım vurub. Onun köynəyi alışıb və şortu “ov tüfəngi ilə vurulmuş” kimi görünüb.
Yaralı Vladiqafqazda təcili yardım stansiyasına aparılıb, həkimlər ona köməklik göstərib. Zərərçəkmiş bir müddət xəstəxanada müşahidə olunacaq və reabilitasiyadan keçəcək.
Gürcü həkimləri rusiyalının belə güclü ildırım vurmasından sonra sağ qalmasına şoka düşüblər.
Xəstə özü isə bildirib ki, “tuneldə işıq” görüb və öldüyünü zənn edib. Pavelin dostları onun zarafatlaşıblar ki, bundan sonra super güclərə sahib olmalıdır.