Tramp İrana təhdid eydi: "Ölkənizi yerlə yeksan edəcəyik"

Tramp İrana təhdid eydi:
 

"Mən prezident olsaydım, təhdid edən ölkəyə - bu halda həmin ölkə İrandır - onlara deyərdim ki, əgər bu adama hər hansı bir şəkildə zərər versəniz, ən böyük şəhərlərinizi və ölkənizi məhv dərik.  Sizi yerlə yeksan edərik".

Paralel.az xəbər verir ki, belə bir bəyanatla ABŞ-nin keçmiş prezidenti və Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp Şimali Karolinada İranı hədəf alaraq təhdid edib.

Tramp əlavə edib ki, bildiyiniz kimi, mənim həyatıma iki sui-qəsd olub və sui-qəsddə İranın da əli ola da, olmaya da bilər. "Çox güman ki, bunun İranla əlaqəsi var. Amma hələ də bilmirəm", - Tramp deyib.

Prezident Məsud Pezeşkianın BMT-nin 79-cu Baş Assambleyası çərçivəsində Nyu Yorkda səfərdə olduğuna diqqət çəkən Tramp deyib: "Bu arada İran prezidenti ölkəmizdədir və o, böyük bir təhlükəsizlik qüvvəsi tərəfindən qorunur. Buna baxmayaraq, ölkəmizin keçmiş prezidenti və ABŞ-nin növbəti prezidenti olmaq üçün lider namizədi təhdid edirlər".

 

0.01506495475769