Uşaqlar arasında qızılcayabənzər YENİ VİRUS - Böyrəklərdə və ürəkdə ciddi fəsad yaradır

Uşaqlar arasında qızılcayabənzər YENİ VİRUS - Böyrəklərdə və ürəkdə ciddi fəsad yaradır
 

Tanınmış pediatr Qoşqar İsmayılov son günlər uşaqlar arasında qızılcayabənzər skarlartina xəstəliyinin yayılması, xüsusilə, böyrəklər və ürəklərə fəsadlar verə biləcəyi barədə məlumatlara aydınlıq gətirib.

Paralel.az xəbər verir ki, Q.İsmayılov Pravda.az-a açıqlamasında deyib ki, bağça və məktəblərin açılması ilə uşaqlar arasında xəstəliklərin daha da müşahidə olunması başlayıb.

"Xüsusilə, paraqrip, qrip, Respiratuar Sinsityal Viruslara (RSV) bağlı rinitlər, eyni zamanda digər mövsümlərdə də müşahidə olunan səpkili xəstəliklər artıb. Məsələn, uşaqların əlində, ayaqlarında, bədənində, ağzında səpkilər əmələ gətirən Koksaki A viruslarının törətdiyi herpanginalar və digər xəstəliklər. Bir çoxu qızılca xəstəliyinə bənzəyir, amma qızılca deyil. Bəzən hər hansı qidadan, yaxud dərmandan sonra uşaqda allergiya olur, bədəni səpir. Bunu da qızılca ilə qarışdırırlar. Belə olan halda valideynlər mütləq şəkildə həkimə müraciət etsinlər. Səpkilərin infeksion, yaxud allergik olduğunu pediatr aydınlaşdıracaq, diaqnoz təsdiqlənəndən sonra buna uyğun müalicə təyin edəcək. Skarlartina isə bir az fərqlidir. Bu zaman uşaqların bədəni çiyələkdili, qaz dərisi kimi səpmiş olur. Skarlartina yüksək hərarətlə müşahidə edilir. Bakterial prosesdir. Fəsadlar yaratdıqda, xüsusilə, uşaqların böyrəkləri zədələnə bilər. Buna görə də skarlartinanın da diaqnozunu vaxtında qoymaq lazımdır", - həkim bildirib.

 

0.04503607749939