Azyaşlı Narinin qətlinə görə tanınmış müğənni ilə aparıcı arasında qalmaqal

Azyaşlı Narinin qətlinə görə tanınmış müğənni ilə aparıcı arasında qalmaqal
 

Türkiyəli tanınmış müğənni Demet Akalın yoxa çıxmasının 19-cu günündə cəsədi dərəyə atılan çuvalda tapılan azyaşlı Narinin qətlinə görə aparıcı Müge Anlını tənqid edib.

Paralel.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, buna səbəb isə M.Anlının verilişində sözügedən cinayəti işıqlandırmaması olub.

Aparıcı isə canlı yayım zamanı ad çəkmədən müğənniyə cavab verib.

“Hər kəs danışığına fikir versin”, - deyə aparıcı söyləyib.

M.Anlı verilişində mövzuya toxunmamasının səbəbini belə izah edib:

“Bu məsələlərdə adımın hallandırılmasını təəssüf hissi ilə qınayıram. Xüsusilə bu mövzuya toxunmadım. Çünki yayıma qadağa qoyulmuşdu. Bilmədiyim, araşdırmadığım, müxbir göndərmədiyim, gözünə baxıb danışmadığım insanlarla bağlı necə şərh verə bilərəm? İnsan araşdırdığı mövzu barədə şərh verər. Mənim adımı kimsə bu işlərə qatmasın. Adımı hallandıranlara da bir-bir cavab verərəm, altından çıxa bilməzsiniz. Sözümün hara getdiyini başa düşənlər düşdü”.

0.024626016616821