Türkiyəli məşhur qızını döydüyü üçün həbs olundu

Türkiyəli məşhur qızını döydüyü üçün həbs olundu
 

Keçmiş türkiyəli model Deniz Akkaya 15 yaşlı qızına qarşı zorakılıq etdiyi üçün 4 ay 27 gün həbs cəzası alıb.

Paralel.az BAKU.WS-ə istinadən xəbər verir ki, məhkəmə Akkayanın qızına atdığı dəmir termos və qulaqcıqları da silah olaraq sayıb.

Məhkəmədə bildirilib ki, hadisə baş verən gün Akkaya ilə qızı A.Ö. arasında mübahisə olub və mübahisə zamanı Akkaya içərisində dəmir termos və qulaqlıq olan çantanı qızının üstünə atıb. Daha sonra o, zərərçəkmişə təpiklə vurub, həmçinin onun boğazını sıxıb.

Məhkəmə, 15 yaşlı qızın anasından şikayətçi olmadığını nəzərə alaraq, Akkayaya "nəslinə silahla sadə yaralama" maddəsi ilə 4 ay 27 gün həbs cəzası verib.

 

 

0.018821954727173