Fatma Səttarova II Fəxri xiyabanda dəfn edilib - YENİLƏNİB

Fatma Səttarova II Fəxri xiyabanda dəfn edilib - YENİLƏNİB
 

Azərbaycanın görkəmli ictimai xadimi, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya Müharibəsi veteranı Fatma Səttarova dəfn olunub.

Ölkə.z-ın məlumatına görə, mərhumə II Fəxri xiyabanda torpağa tapşırılıb.

Dəfn mərasimdə mərhumənin yaxınları, ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.


***
Bu gün vəfat edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya müharibəsinin iştirakçısı Fatma Səttarovanın dəfn yeri açıqlanıb.

Təşkilatdan Paralel.az -a bildirilib ki, mərhum II Fəxri xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, “İstiqlal” ordenli F.Səttarova 102 yaşında dünyasını dəyişib

 

0.010912895202637