Azərbaycanlı idmançı yenə Ginnes rekordunu qırdı

Azərbaycanlı idmançı yenə Ginnes rekordunu qırdı
 

Şərqi Azərbaycan əyalətinin Mərənd şəhərindən olan idmançı, Kunq-fu ustası Aqil Qardaşzadə dördüncü dəfə Ginnesin Rekordlar Kitabına düşüb.

Paralel.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Bildirilib ki, Qardaşzadə beş kiloluq çəki ilə yumruq endirməklə ən çox zərbə vurma rekordu qıraraq, amerikalı idmançını üstələyib.

5-ci dan qara kəmər sahibi olan Qardaşzadə Kunq-fu döyüş sənətində “Tua” üslubunun ustası, beynəlxalq məşqçi, hakim və Mərənd Kunq-fu federasiyasının rəhbəridir.

İdmançı həm də “Traktor” İdman Klubunun üzvü və azarkeşidir.

 

0.018852949142456