Bayraqdarlar Səidlə Lamiyə oldu

Bayraqdarlar Səidlə Lamiyə oldu
 

Bu axşam Paris-2024 Yay Paralimpiya Oyunlarının bağlanış mərasimi keçiriləcək.

Paralel.az ” xəbər verir ki, Bakı vaxtı ilə saat 22:30-da başlayacaq mərasimdə Azərbaycan millisinin bayraqdarları Paralimpiya çempionlarımız – Səid Nəcəfzadə və Lamiyə Vəliyeva olacaq. Bağlanış mərasimi İTV vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, oyunların rəsmi açılış mərasimində Lamiyə Vəliyeva və İmaməddin Xəlilov idi.

 

0.0098850727081299