Lamiyə Vəliyevanın atası: "Qızımla nə qədər qürur duysam, azdır"
"Mən qızımla həm qürur duyuram, həm də fəxr edirəm".
Bunu Oxu.Az-a açıqlamasında Paris-2024 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanın atası Rövşən Vəliyev deyib.
"Lamiyə yalnız mənim yox, bütün Azərbaycan xalqının fəxridir. Sevincimin həddi-hüdudu yoxdur. Media nümayəndələrinə və xalqımıza dərindən təşəkkür edirəm. Sosial şəbəkələrdə, xəbər saytlarında qızımla bağlı yazılan xəbərləri gördükcə həm fəxr edirəm, həm də qürur duyuram. Qızımla nə qədər qürur duysam, azdır", - deyə R.Vəliyev bildirib.