"Barselona" və "Real Madrid" rəhbərliyi arasında gərginlik

 

"Barselona" və "Real Madrid" klubları arasında əlaqə korlanıb. 

Paralel.az xəbər verir ki, bunu Kataloniya təmsilçisinin prezidenti Joao Laporta açıqlayıb. Klub rəsmisi "Kral klubu" ilə münasibətlər yaxşı deyil:

"Onlar Neqreyra məsələsinə qarışdılar. Bu isə qəbul edilməzdir".

Qeyd edək ki, "Barselona"nın 2001-2018-ci illərdə İspaniya Kral Futbol Federasiyasının Texniki Hakimlər Komitəsinin keçmiş sədr müavini Xose Mariya Enrikes Neqreyraya pul ödəməsi iddiası ilə əlaqədar araşdırmalar aparılırdı.

 

0.024068117141724