"Bahar" serialının heyətinə yeni aktyor qatılıb

 

Türkiyə istehsalı reytinqli “Bahar” serialına yeni sima qatılıb.

Paralel.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, layihənin yayımlanacaq 2-ci sezonunda Büşra Pekin də olacaq.

Aktrisa ekran işində gənc baş həkim Sürəyya obrazını canlandıracaq.

Serialın yeni sezonunun yayımlanacağı tarix hələlik açıqlanmayıb. 

Qeyd edək ki, serialda baş rolları Mehmet Yılmaz Ak, Buğra Gülsoy, Demet Evgar və Hatice Aslan canlandırır.

 

0.015649080276489