Deputat Xalq artistinin səhhəti pisləşdi
Xalq artisti, Naxçıvan Ali Məclisinin deputatı Həsən Ağasoyun səhhətində problem yaranıb.
OLAY-ın məlumatına görə, belində güclü ağrılar əmələ gələn sənətçi evində müalicə olunmağa başlayıb.
“Dünən iş yerimdə boşluqdan zirzəmiyə yıxıldım. Belimdə güclü ağrılar var. Hazırda evdə müalicəm davam edir. İnşallah yaxşı olar, düzələcəm! Kollektivim məni tək qoymadı. Sağ olsunlar”, - deyə, H. Ağasoy vurğulayıb.