"Hamilə olmağımla bağlı xəbər yazmaqdan əl çəkin" - Ayça Çağla Altunkaya
Türkiyəli iş adamı Acun Ilıcalı ilə nikah masasına əyləşməyə hazırlaşan Ayça Çağla Altunkaya haqqında çıxan iddialara cavab verib.
Paralel.az xəbər verir ki, o, hamilə olması ilə bağlı çıxan şayiələri yalanlayıb.
"Hər iki aydan bir hamilə olmağımla bağlı xəbər yazmaqdan əl çəkin" deyə, Ayça bildirib.
Qeyd edək ki, cütlük sentyabrın 4-də İstanbuldakı "Esma Sultan Yalısı"nda toy edəcək.
3 dəfə ailəli olan Acunun müxtəlif evliliklərindən 4 qız övladı var.(axşam.az)