Baş nazir müavini deputat olsa, ƏƏSMN-in qanunsuzluğuna son qoyacaq?

Baş nazir müavini deputat olsa, ƏƏSMN-in qanunsuzluğuna son qoyacaq?
 

17 aydır PA, MM, NK 1-ci dərəcəli qazinin məhkəmə qərarı ilə ayrılan pensiyasını bərpa etdirə bilmir.

Artıq növbədənkənar parlament seçkilərinə bir gün qalır. Kimsə namizədlərdən qanunvericiliyə töhfə umur, kimsə onları icra hakimiyyətinin, bələdiyyənin səlahiyyətlərinə uyğun vədlər verməkdə qınayır, böyük çoxluq isə susur. Köhnə deputat məclisinə təzə “nırx” qoymağa nə hacət? Bu sətirlərin yazarı da susanlar içindədir.

Nədən...

Nədən budur ki, ötən ilin yanvar-fevralında DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktoru Şahin Əliyev, müavini Elnur Qurbanov rəsmi məktublarla pensiyamın məhkəmə qərarı ilə ayrılan 110 manatla birgə 1112,44 manat olduğunu , 30 gün müddətində məhkəməyə müraciət etmək hüququmun olduğunu bildiriblər. Mart ayında Bakı İnzibati Məhkəməsi (h. Bəhlul Cəlalov) iddianı icraata götürüb, ...

01.04.2023-cü il tarixdən cavabdeh DSMF-in XŞTMF-si 05.07.2017 tarixli, 2-(81)-1889/17 saylı məhkəmə qərarı ilə ayrılan 110 manatı kəsib, köhnə tarixə faiz hesabı ilə 138,79 manat azaldıblar. (2024-cü ildən aylıq azalma 155 manatdır) İlk hazırlıq iclasında hakimə bunu bildirəndə, Bəhlul Cəlalov məhkəmənin qərarının 6 ildən sonra dayandırılmasının yolverilməz olduğunu desə də, yolverilməzliyə SONRA qiymət verəcəyini dedi. SONRA isə mən xəstəxanada olanda cavabdehin rüşvəti ilə eyni anda həm vəkil ayrılmasından imtina etdi, həm də iddiaya mahiyyəti üzrə baxılmasından.

Bakı Apellyasiya Məhkəməsinin İK-sı ( sədrlik edən Aytən Oruczadə) da yenə də mən xəstəxanada olanda bu YOLVERİLMƏZ qərardadı qüvvədə saxladı. Ali Məhkəmənin İK-sı isə işə baxmadan “işə baxıb”, vəkilsiz tərtib olunduğundan (?) vəkil ayrılmasından imtinanı qanuni (?) saydı. Hazırda şikayət Konstitusiya Məhkəməsinin icraatındadır, amma baxılacağına ümid yoxdur, qıraqdan sifariş daha güclüdür. İddinın mümkün sayılmamasının əsas səbəbi isə 05.07.2017 tarixli, 2-1(81)-1889/17 saylı pensiyaya 110 manat əlavəni nəzərdə tutan məhkəmə qərarının qüvvədə olmasıdır.

Absurda baxın, cavabdeh XŞTMF özbaşına dövlətin adından çıxarılan məhkəmə qərarını “ləğv edib”, icrasını dayandırıb, amma məhkəmə həmin qərarın ləğv edilə bilməzliyini, qüvvədə olduğunu əsas tutub.
17 aydır DSMF-in pensiya filialının dələduzluqla, məhkəməyə müraciət etdiyimə görə pensiyamı, hətta həyat yoldaşımın da pensiyasını azaltmasına son qoyulmur.

17 ayda PA, NK, MM-ə minlərlə müraciət edilib. 125 deputatdan az qala hamısına məktub verilib. Deputat olmağa hazırlaşan baş nazirin müavini Əli Əhmədovun özünə qəbulunda, Prezidentin vəkili olanda və ayrılıqda onlarla məktub verilib. Bir sonucu varmı? MM-də dəfələrlə məhkəmə qərarının surətini alıb, pensiyanın bərpa ediləcəyi bildirilib. Axırda hamısı “xorla” olmasa da, “solo” ifaçılığı ilə “biz nə edə bilərik” deyə çiynini çəkib. (Hörmətli millət vəkili Zahid Orucu çıxmaqla. Onun nazirə bir neçə sorğusu isə yəqin təyinatı üzrə verilməyib, yoxsa nazir özbaşınalığa son qoyardı) Onda yenidən deputat olmağınıza nə demək olar? Konstitusiya dılğır bir məmurun rüşvətindən aşağıda tutulacaqsa, bu nə hökumət, nə parlament olacaq ki?!

17 ayda bir Qarabağ əlilinə qarşı cinayətkar özbaşınalığa qiymət verə bilməyənlərdən nəsə gözləməyə dəyər? MM yetkililərindən “biz acizik” cavabını almışam, inzibati məhkəmə hakimiyyəti tam deqradasiyaya uğrayıb, hörmətli Əli müəllim, Sizdən cavab gözləyirəm:” Baş nazirin müavini olanda adi bir məmur özbaşınalığına son qoya bilmədiniz, MM-in deputatı, lap rəhbəri olanda son qoyacaqsınız?”

Məğrur Bədəlsoy

0.038266897201538