Elza Seyidcahanın seçki posterini cırdılar
Parlament seçkilərinə sayılı günlər qalmış deputatlığa namizəd olan Əməkdar artist Elza Seyidcahanın posterini cırıblar.
Paralel.az xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkədə məlumat yayıb. O, video paylaşaraq bunları deyib:
"Dövlət başçımızın imzası ilə Əməkdar artist adını daşıyıram. Buna da hörmətiniz yoxdur? Xanımlığıma, analığıma, övladlığıma hörmətiniz yoxdur. Sizə rəqibəm, sağlam rəqabət aparıram. Niyə şəklimi cırdırırsınız? Maşınla keçirəm, görürəm ki, şəklimi yenə cırdırmısınız. Niyə sizin şəkliniz cırılmır? Allah özü böyükdür. Hər birimizi görür. İndi mən nə edim? Seçicilərimlə görüşlərə hazırlaşım, yoxsa təbliğat-təşviqat şəkillərimi cırdıranlarla məşğul olum?”.
Qeyd edək ki, E.Seyidcahan namizədliyini 23 saylı Nəsimi-Səbail seçki dairəsindən irəli sürüb.(Axşam.az)