"Yeni Klinika" Qarabağ qazisinin müalicəsindən niyə imtina edib?
TƏBİB Qarabağ qazisinin müalicəsindən imtina edən "Yeni Klinika"nın direktoru Barat Yusifov haqqında niyə ölçü götürmür?
Ağır sudruqa keçirməkdən əziyyət çəkən Qarabağ qazisi Nəsirov Tufan Yasif oğlunun Beyləqandan Təxirəsalınmaz təcili tibbi yardım maşını ilə Xırdalandakı "Yeni Klinika"ya müalicəyə göndərilməsi və direktorun göstərişilə nevroloq həkim Mirzəzadə Ülkər Aydın qızının Qarabağ qazisini müalicə etmək əvəzinə xəstənin nevroloji deyil, psixatrik xəstə olduğunu bəhanə edərək, xəstəni müalicə etməkdən imtina etməsi barədə yazmışdıq.
Bu hadisənin tərəfimizdən araşdırılması nətcəsində bir daha məlum olub ki, "Yeni Klinika"nın direktoru Barat Yusifov başda olmaqla, Azərbaycanda TƏBİB-in nəzdində olan bütün tibb müəssisələrinin direktorları xəstələrin müalicəsindən çox xəstə sahiblərindən həkimlərin alacaqları rüşvət daha çox maraqlandırır.
Ona görə də TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov təşkilatın nəzdində olan tibb müəssisələrində xəstələrin müalicəsinin gedişilə qəti maraqlanmır, o, yalnız xəstələrdən alınacaq rüşvət barədə düşünür. Çünki TƏBİB xəstəxanalarda çalışan həkimlərə normal əməkhaqqı vermir, sığota fonduna büdcədən və əhalinin qazancından 2% tutularaq daxil olan milyardlarla pulu yalnız xəstəxanalarda rüşvətlə yeni götürülən kadrlara satmaqla qazanc əldə etməyə sərf edir.
İcraçı direktoru yalnız tibb müəssisələrinə kadr təyin etməklə maraqlanır, ona görə də tibb müəssisələrində kütləvi olaraq mühafizəçilərin, tibb bacılarının, sanitarların, sürücülərin, bağbanların sayını artırır və həmin vəzifələrə xəstəxanalara külli miqdarda rüşvətlə təyin etdiyi direktorlar vasitəsilə satır.
TƏBİB-in sabiq icraçı direktoru Ramin Bayramlı vəzifədən azad olunanda və Vüqar Qurbanov təşkilata icraçı direktor təyin olunanda hamı gözləyirdi ki, Ramin Bayramlının TƏBİB-də açdığı rüşvət bazar bağlanacaq. Amma tərsinə oldu. Yeni təyin olunan icraçı direktor Vüqar Qurbanov ilk olaraq TƏBİB-in nəzarətində olan xəstəxanalara kütləvi direktor, baş həkim, şöbə müdiri və digər vəzifələrə rüşvətlə kadr təyin etməyə başladı. İcraçı direktor xəstəxanalara yeni direktor təyin etməklə bərabər, eyni zamanda həmin direktorlara sığorta fonduna dövlət büdcəsindən ayrılan və əhalidən tutulan milyardlarla pul vəsaiti hesabına əməkhaqqı ödənilən, yuxarıda sadaladığım mühafizəçi, sanitar, tibb bacısı, bağban, sürücü və sairə yeni ştatlar verir ki, yeni təyin etdiyi direktorlar bu ştatları 3-8 min manat arası rüşvətə satsınlar və icraçı direktora verdikləri pulu çıxarsınlar...
Xırdalanda fəaliyyət göstərən "Yeni Klinika"da çalışan həkimlər, tibbi heyət də eyni qayda ilə klinikanın direktoru Barat Yusifovun verdiyi şəxsi təlimata uyğun olaraq, müəyyən etdiyi "rüşvət menyusu" ilə işləməyə məcburdurlar. Nevroloq həkim Mirzəzadə Ülkər Aydın qızı Qarabağ qazisi Nəsirov Tufan Yasif oğlunun müalicəsindən imtina etməsinin əsl səbəbi də bax, budur...
Akif Məsirli