Paytaxtda 24 yaşlı oğul anasını DÖYDÜ

Paytaxtda 24 yaşlı oğul anasını DÖYDÜ
 

Bakının Xətai rayonunda 2000-ci il təvəllüdlü Vaqif şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı anası Tamaraya (adlar şərti göstərilib - red.) xəsarət yetirib.

Demokrat.az-ın məlumatına görə, hadisə ana və oğulun birgə yaşadıqları mənzildə baş verib. Vaqif yaşadıqları evdə aralarında ailə münaqişəsi zəminində baş vermiş mübahisə zamanı qəsdən anası Tamaraya bədəninin müxtəlif nahiyələrindən vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Hadisəni törədən Vaqif barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vaqif ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, zərərçəkmiş Tamaranın onun anası olduğunu və birlikdə yaşadıqlarını bildirib:

"Bəzən anamla aramızda söz-söhbət olur. Hadisə günü, saat 17:45-də yaşadığımız evdə bərk əsəbiləşdim və anamı vuraraq ona xəsarət yetirdim. Etdiyim hərəkəti dərk edərək peşman oldum. Yataq otağından çıxdım. Anam da yataq otağından çıxaraq həyətə düşdü. Anamla barışmağa cəhd göstərdim, lakin anam məni bağışlamadı".

Zərərçəkmiş Tamara isə bildirib ki, təqsirləndirilən Vaqif onun oğludur:

"Oğlumla münasibətlərim demək olar ki, soyuqdur. Hadisə günü, saat 17:45-də yaşadığımız evdə böyük oğlum Vaqif ilə aramızda mübahisə oldu. Oğlum əsəbiləşərək üzərimə hücum etdi, əli ilə boynumdan tutaraq sıxdı. Sonra yumruqla sinəmdən və sağ gözümün altından vuraraq məni döydü. Qışqırmağa başladım. Oğlum məndən aralanaraq geri çəkildi. Mən yataq otağından çıxaraq həyətə düşdüm. Bu barədə digər oğlum Sənana zəng edərək məlumat verdim. Sənan da Daxili İşlər Nazirliyinin (DİN) "102" xidmətinə zəng edərək məlumat verdi".

Bu cinayət işinə Xətai Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Vaqif 1 500 manat miqdarında cərimə olunub.

 

0.13455414772034