“Azercell” abunəçilərini belə aldadır
“Azercell”in internet xidmətlərindən şikayətlər durmadan artır. Şikayətçilər sözügedən provayderin internet xidmətində abunəçiləri aldatdığını bildirir.
Paralel.az Tribunainfo.az-a istinadən xəbər verir ki, belə problem yaşayanlardan biri də Sürəyya Quliyevadır. O bildirib ki, hər dəfə internet paketi götürəndə ya təsdiqlənmir, ya da vaxtından əvvəl bitir:
“Mənim şikayətim “Azercell”dəndir. Artıq bununla neçənci dəfədir ki, saatlıq internet götürəndə ya təsdiqləyir, amma interneti vermirlər, ya da belə gec təsdiqləyir və 1 saatı da kəsirlər. Şəkilləri də qoyuram, baxın, mesaj 09:04-də göndərilib. İnterneti 09:22-də aktiv ediblər, amma 10:04-də paket bitir. Bununla artıq neçənci dəfədir təkrarlanır bu hal”.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq
Fotoları təqdim edirik