Yeni Klinika Qarabağ qazisini qəbul etmədi 

Yeni Klinika Qarabağ qazisini qəbul etmədi 
 

Qarabağ qazisinə biganə qalan həkim özü xəstəxanadan qovulmalıdır!

Bəzi ağzıgöyçəklər sosial şəbəkələrdə qazilərin şikayətinin əsassız olduğunu iddia edir, yalanlamağa çalışırlar. Lakin mən şəxsən 19 avqust 2024-cü il tarixdə ölkənin ən öndə gedən xəstəxanalarından biri olan Yeni Klinikada qaziyə qarşı iyrənc bir münasibətin şahidi oldum.
Belə ki, 44 günlük Vətən Müharibəsinin ilk günündən sonuna qədər könüllü döyüşən Nəsirov Tufan Yasif oğlu Beyləqan Rayon Mərkəzi Xəstəxanasından göndərişlə Bakıdakı Yeni Klinikaya təcili yardım briqadası ilə yola salınıb. Xəstədə intensiv sudrqalar baş verirmiş. Təcili yardım biriqadasının məlumatına görə, Beyləqandan Bakıya gələnə qədər, dörd saat ərzində xəstənin epileptik tutmalarının sayı beşə çatıb. Biz də həmin gün xəstə ilə bərabər saat 15.00 radələrində paytaxtdakı "Yeni Klinika"ya çatdıq və dərhal qəbul şöbəsinə yaxınlaşaraq xəstənin sənədləşdirməsi işlərinə başladıq. Əvvəlcə bizi xəstəxananın həkim nevroloqu Mirzəzadə Ülkər Aydın qızının qəbuluna göndərdilər. Ülkər xanım soyuqqanlı şəkildə bildirdi ki, sizin ambulator müayinə növbəniz 32-cidir, zəhmət çəkib gözləyin. Biz "doktor bizdən əvvəl cəmi bir nəfər var, xahiş edirik ondan sonra qazinı qəbul edin" desək də, həkim "sizin növbəyə hələ bir-iki saat var, istəyirsinizsə, bizim xəstəxananın təcili tibbi yardım şöbəsinə müraciət edin, xəstənizi ordan müalicə üçün qəbul edərik", dedi. Biz əlacsız durumda həkimin məsləhəti ilə xəstəni elə Beyləqandan gətirdikləri xərəkdə, anlaqsız vəziyyətdə xəstəxananın təcili tibbi yardım şöbəsinə apardıq. Ən dəhşətlisi budur ki, orda heç bir həkim tapmadıq. Səhiyyə Nazirliyinin və TƏBİB-in qaynar xətti ilə əlaqə qurub, danışıb - şikayət etdikdən sonra bir neçə tibbi personal və həmin- nevroloq Ülkər xanım gəlib xəstənin müayinə sənədlərinə baxdıqdan sonra dedi ki, mən nevroloqam, amma bu xəstənin problemi psixiatrikdir, bizim xəstəxanada isə psixiatr yoxdur, ona görə də siz psixiatriya şöbəsi olan bir xəstəxanaya getməlisiniz.
Qeyd edim ki, bu "ötür-ötür oyunu" baş verən müddətdə xəstənin epileptik tutmalarını Beyləqandan gələn briqada üzvləri operativ tibbi yardım göstərərək ayıldırdılar. Bütün bu baş verənlər isə, yuxarıda qeyd etdiyim kimi, paytaxtdakı klinikanın tibbi personalının, o cümlədən də həkim-nevroloq Mirzəzadə Ülkər Aydın qızının gözləri önündə baş verirdi. Bununla belə həkim israr edirdi ki, bu xəstə bizlik deyil. Beləcə, Qarabağ qazisinin xəstəxanaya qəbulundan imtina edildi. Sonradan bəlli olub ki, bu imtina tamamilə əsassızmış. Xəstəxana rəhbərliyi və həkim-nevroloq Ülkər xanım düşünüblər ki, bu qazidır, bundan bizə bir xeyir yoxdur, ən yaxşısı budur ki, bir bəhanə ilə qəbuldan imtina edək. Rəhbərlik hər halda Qarabağ qazisinin düşdüyü bu vəziyyəti görmürdü, amma Ülkər Mirzəzadə onun keçirdiyi halları müşahidə edirdi və riyakarcasına "bu xəstə bizlik deyil" deyirdi. Belə həkimlərin bu peşədən  qazandıqları heç vaxt halal ola bilməz. Haram isə ilan zəhəri kimi onları zəhərləyəcək.
Və beləcə, bütöv günü rastlaşdığımız bu "ötür-ötür"dən  sonra biz qazilərə xidmət mərkəzinə müraciət edib, məsələni Ülkər həkimin dediyi kimi onlara izah etdik. Mərkəzdən bizi səhər saat 9.00-dan 14.00-a qədər işləyən "Psixoloji Sağlamlıq Mərkəzi"nə yönəltdilər. Səhəri gün həmin mərkəzdən bizə bildirdilər ki, bu xəstə nevroloji xəstədir, xəstənin psixoloji durumu normaldır. Bundan sonra biz nevroloq axtarışı ilə paytaxdakı xəstəxanaların birinə müraciət etdik. Cəmi bir neçə dəqiqə ərzində xəstə xəstəxanaya yerləşdirildi, dərhal müayinə və müalicəsinə başlanıldı. Hazırda qazimız xəstəxanada tibbi personalın intensiv nəzarəti altında nevroloq müalicəsi alır.

Bəli, əziz oxucular, indi siz deyin, bu kimi hallar dövlət adına, hökumət adına biabırçılıq deyil, bəs nədir? Burdan Yeni Klinikanın rəhbərliyinə və riyakar həkimlərinə üz tutaraq deyirik, o, qazinın 44 gün açıq səma altında verdiyi mücadilə sizə haram olsun! Tutaq ki, sizin xəstəxanada qazinın müalicəsi mümkün deyil, axşam saat 17.00 - da, iş vaxtının bitdiyi bir zamanda bu cür ağır vəziyyətdə olan insanı taleyin ümidinə buraxıb heç xəstəxanadan qovmaq olar?!

Mən bu fürsətdən istifadə edib bütün aidiyyatı qurumlara və "Dəmir yumruq" sahibi cənab prezidentə səslənirəm - Qarabağ döyüşçüsünə bu cür biganə yanaşan həkim personalı Azərbaycan xəstəxanalarında çalışa bilməz, bunlar vətən xainləridirlər.

Akif Nəsirli, Paralel.az 

0.048556089401245