Heydər Əliyev Putinə kömək edib - Tarasov

Heydər Əliyev Putinə kömək edib - Tarasov
 

"Heydər Əliyevlə Putinin şəxsi münasibəti olub, Heydər Əliyev Putini dəstəkləyib, onlar eyni kəşfiyyat orqanından çıxıblar. Bir vaxtlar Sovet Azərbaycanının dövlət təhlükəsizlik komitəsi olan DTK-nin rəhbəri olan Əliyev bütün Sovet İttifaqının Yaxın Şərqdəki kəşfiyyatına rəhbərlik edən şəxs olub".

Paralel.az xəbər verir ki, bunu rusiyalı politoloq Stanislav Tarasov erməni mediasına müsahibəsində deyib.

Onun fikrincə, əgər zamanında Əliyev Moskvada ölkə rəhbərliyində təmsil olunanda birinci şəxs olmasına imkan verilsəydi, SSRİ-ni dağılmaqdan xilas edə bilərdi. 

"Əliyev hətta Sovet İttifaqı hökumətinə başçılıq edə bilərdi və bəlkə də onun mənsub olduğu Andropov strukturu həqiqətən də SSRİ-nin dağılmasının qarşısını ala bilərdi", - rusiyalı politoloq əlavə edib.

Onun sözlərinə görə, ona sadəcə olaraq Qorbaçov imkan vermədi. "Ondan sonra o, Naxçıvana, daha sonra da Bakıya gəldi. Necə deyərlər, yaxşı həyat yolu deyildi. Sonra sovet qoşunları Bakıya yeridildi və s. Bunlar çox çətin, təxribatçı vəziyyətlər idi", - o vurğulayıb.

 

0.018973112106323