DSX-yə 3 milyon manata MRT cihazı satan "Arash Medical Company" kimə məxsusdur? - FOTO
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti "Maqnit rezonans tomaqrafiya cihazı"nın (MRT) alınması ilə bağlı elan etdiyi tenderin qalibi - "Arash Medical Company" MMC ilə müqavilə imzalayıb.
Tərəflər arasında 2.997.200 AZN-lik müqavilə bağlanıb.
Qeyd ki,sözügedən şirkət bundan 1 həftə öncə isə "NİZAMİ TİBB MƏRKƏZİ" ilə 146.320 AZN-lik müqavilə imzalamışdı.
Məlumat üçün bildirək ki, "Arash Medical Company" QSC 22 iyun 2011-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2000 manatdır. Şirkətin qanuni təmsilçisi Məmmədov Kamran Abid oğludur.
Kamran Məmmədov bundan əlavə "Caspian İnternational Hospital” MMC-nin də qanuni təmsilçidir.
XÜSUSİ QEYD:
Bizdə olan məlumata görə, adı çəkilən bu iki şirkət, eləcə BADAM MEDICAL CENTER Məmmədov Kamran Abid oğlu və Ehtiram Fərzəlibəyovun şərikli "malıdır".
Tanınmış iş adamı Şamo Fərzəlibəyovun qardaşı Ehtiram Fərzəlibəyov sosial şəbəkdə son dönəm ən məşhur aşpaz blogeri kimi tanınır. E.Fərzəlibəyov əsas hobbisini sosial şəbəkələrdə reallaşdırmaq qərarına gəlib. Ehtiram Fərzəlibəyov tanınmış kulinar, Şuşa Beynəlxalq Kulinariya Festivalının iştirakçısıdır.
O şəxsi villasında kamera önünə keçərək yeməklər bişirir.
Saytımıza verilən məlumatda iddia edilir ki, Kamran Məmmədovun atası Abid Məmmədov da bir vaxtlar bu ortaq biznesin əsas siması olsa da bütün işlərini oğluna həvalə edib.
Xatırladaq ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi rəisi general-polkovnik Elçin Quliyevdir.
Ayxan
(32gun.az)