Rusiya və Azərbaycan birgə tanker istehsalına başlayır
“Transmaşholdinq” Bakı metropoliteni üçün vaqonların istehsalı üzrə müqavilə imzalayıb.
APA xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlardan sonra bildirib.
O qeyd edib ki, Rusiya və Azərbaycan neft məhsullarının daşınması üçün birgə tankerlər istehsalına başlayırlar.
Putinin sözlərinə görə, bu, enerji resurslarının dünya bazarlarına çıxarılmasını artırmağa imkan verəcək.