"Şahin İsmayılovun təbliğatını məmurlar təşkil edir" - TƏCİLİ XƏBƏR

 

Xəbər verdiyimiz kimi, Azərbaycanda sentyabrın 1-də növbədənkənar parlament seçkiləri, VII Çağırış MM-ə seçkilər keçiriləcək.

Növbədənkənar parlament seçkilərin keçirilməsi və deputatların fəaliyyətilə bağlı seçicilərin fikirlərini öyrəndik. Rəylərdən məlum olur ki, seçkilər təbıiğatı məmurların müdaxiləsilə keçirilir.

Ölkədə növbədənkənar parlament seçkiləri keçiriləcək 125 dairələrdə vəziyyət eyni şəkildə saxtakarlıqlar davam edəcəyinə hazırlıq gedir.

Seçicilər deyir ki, deputatları seçicilər yox, məntəqə və dairə üzvləri seçirlər, sonra bu proses barədə cəmiyyət içərisində danışırlar.

Beyləqan və Bakının Yasamal rayonundakı seçicilər deyir ki, seçki günü məmurların təşkil etdikləri müəllimlərdən, tibb işçilərindən, idarə, müəssisə, təşkilatlarda çalışanlardan, hətta özəl müəssisələrdə, şirkətlərdə işləyənlərdən ibarət "seçici karuselləri" işə düşəcək və eyni qruplar avtobuslarla bir neçə məntəqələrə daşınacaqlar, səs verəcəklər, seçkinin izdihamla keçdiyi görüntüsü yaradacaqlar.

Məsələn, Beyləqandan 3-cü dəfə deputat mandatı oğurlamağa çalışan 2 dəfə deputat olan Şahin İsmayılov seçicilərin onun deputat fəaliyyətində ciddi narazı olduğuna baxmayaraq, yenə də rayon YAP-çıların himayəsinə sığınaraq 83 saylı dairəyə daxil olan kəndlərdə zorla təbliğat kampaniyası aparır.

Maraqlıdır ki, Şahin İsmayılov öz təbliğatını cənab Prezidentin qazandığı uğurlar üzərində qurmağa çalışır, onun bu hərəkətindən isə seçicilərin, hər kəsin zəhləsi gedir...

YAP Beyləqan təşkilatı namizəd Şahin İsmayılovun təbliğatını vəzifəli məmurların və dövlətin inzibati resurdlarından istifadə edərək təşkil edir. Eyni zamanda sabiq icra başçısı Asif Ağayevin korrupsiyada ittiham olunan komandasının üzvləri Şahin İsmayılovun təbliğatına köməkıik edərək, onların boğazını korrupsiya ipindən qurtaracağını düşünürlər.

Cənab Prezidentin sərəncamı ilə iyun 2024-cü il tarixdə Beyləqana yeni təyin etdiyi icra başçısı Əziz Əzizovun korrupsiyada ittiham olunan sabiq icra başçısı Asif Ağayevin komandası ilə işləməsi rayonda birmənalı qarşılanmır...

Məğrur

 

 

 

0.015193939208984