Putin Azərbaycana gəlir
Rusiya Prezidenti Vladimir Putin bu gün Azərbaycana gəlir.
“Paralel.az ” Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, səfər mövcud diplomatik dərəcəyə görə ən yüksək dövlət statusu daşıyacaq.
“Danışıqlar zamanı Rusiya-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsi məsələləri, eləcə də aktual beynəlxalq və regional problemlər müzakirə olunacaq”, - məlumatda deyilir.
Səfərin yekunları üzrə dövlət başçılarının birgə bəyanatının qəbul edilməsi, hökumətlərarası və digər sənədlərin imzalanması planlaşdırılır.
Qeyd: Putin Azərbaycana təhlükəsiz gəlib-gedəcəyinə əmindir...