Hakim Mansur İbayev uzun sürən xəstəlikdən sonra vəfat edib
Azərbaycanda vəzifəli şəxs vəfat edib.
Paralel.az -ın məlumatına görə, uzun illər hakim kimi çalışmış Mansur İbayev ötən gün uzun sürən xəstəlikdən sonra vəfat edib.
M.İbayev Nizami rayonunun prokuroru Pərviz İbayevin atasıdır.
Qeyd edək ki, M. İbayev 1964-cü ildən məhkəmə orqanlarında işləməyə başlayıb. Qubadlı, Ağdaş, Göyçay rayonlarında məhkəmə sədri, 1976-cı ildən, 2000-ci ilə qədər Ali Məhkəmənin üzvü, 2000-ci ildən 2012-ci ilə kimi Azərbaycan Respublikası Ağır Cinayətlərə dair işlər üzrə məhkəməsinin hakimi, eyni zamanda Məhkəmə Hüquq Şurasının üzvü, Mərkəzi Seçki Komissiyasının üzvü vəzifələrində çalışıb. O, 2006-cı ildə “Şöhrət” ordeni ilə təltif edilib.