Putin: Kiyevlə danışıqlar bitdi, Rusiyayla savaşan Qərbdir
“Mülki insanlara, mülki infrastruktura fərq qoymadan hücum edən və nüvə enerjisinə təhlükə yaratmağa çalışan insanlarla hansı danışıqlardan danışa bilərik? Onlarla nə danışa bilərsən?”
Paralel.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Kurskdakı vəziyyətlə bağlı keçirdiyi iclasda deyib.
Onun sözlərinə görə, Qərb ukraynalıların əli ilə Rusiyaya qarşı döyüşür.
“Kiyev rejiminin sülh yolu ilə nizamlanma planına qayıtmaq təkliflərimizdən, eləcə də maraqlı və neytral vasitəçilərin təkliflərindən niyə imtina etdiyi bəlli olur. Görünür, düşmən öz qərbli ağalarının köməyi ilə onların iradəsini həyata keçirir. Qərb bizimlə ukraynalıların əli ilə vuruşur. Görünür, düşmən gələcəkdə danışıqlarda mövqelərini yaxşılaşdırmağa çalışır”, - Putin bildirib.
O eyni zamanda əlavə edib ki, bu hücumlardan sonra Kiyevlə danışılacaq heç nə yoxdur.
Mürtəza
Paralel.az