Bu göldə üzənlər sarışın rəng alır - VİDEO
Türkiyənin ən böyük, dünyada isə tərkibində ən çox soda (natrium-hidrokarbonat) olan Van gölündə üzənlər başına gələnlərdən sonra xeyli təəccübləniblər.
Paralel.az NTV-yə istinadla xəbər verir ki, insanların isti aylarda Egey və Aralıq dənizi sahilləri qədər sərinləmək üçün üz tutduğu bu göl qeyri-adi xüsusiyyəti ilə seçilir.
Belə ki, Tuşba mahalının Yaylıyaka məhəlləsində sərinləmək üçün Van gölündə çimmək istəyən uşaqların saçları sarı rəng almağa başlayıb.
Mütəxəssislər gölün sodalı suyunun işıqlandırıcı təsirindən saç rənginin günəşlə birlikdə açıldığını bildiriblər.
Məhəllə sakinlərinin sözlərinə görə, saralan saçlar qış ylarında əvvəlki rənginə qayıdır.
Vandakı 100-cü il Universitetinin Dursun Odabaşı Tibb Mərkəzinin Dermatologiya fakültəsinin müəllimi Hatice Uce Özkol Van gölünün qazlı suyunun yay aylarında dəri və saçlara təsir etdiyini bildirib:
"Xüsusən gölün suyu yağlı dərisi olanlara daha çox təsir edir. Gölün sodalı suyu dərinin ölü qatını çıxarır. Ona görə də uşaqların tez-tez gölə girməsi onların saçlarını saraldır. Sodanın işıqlandırıcı təsiri, günəşə və buradakı hündürliyə görə saçların saralmasına səbəb olur. Tam tünd dərili uşaqlar deyil, bir qədər qəhvəyi saçlı uşaqların saçları daha sarışın, qırmızı saçlılar isə daha da qırmızıya çevrilə bilər”.
Billurə Yunus