Yaşıl əvəzinə mavi: Yapon işıqforlarının sirri nədir?
Yaponiyada işıqforun yaşıl deyil, mavi olduğunu bilirdinizmi?
Lent.az-ın xarici mətbuata istinadən məlumatına görə, bu ənənənin kifayət qədər maraqlı izahı var.
Niyə Yaponiyada işıqfor yaşıl deyil, mavidir?
Uzun müddətdir yaponlar yaşıl və mavi rəngləri bir sözlə ifadə ediblər - aoi.
Sonralar yaşıl rəngi ifadə etmək üçün midori sözü istifadə edilib.
Lakin yaponlar əksər hallarda yaşıl aoi adlandırmağa davam ediblər. Və bu səbəbdən qarışıqlıq yaranıb.
İşıqforlar ilk dəfə 1930-cu illərdə Yaponiyada quraşdırılıb. Bunlar adi işıqforlar olub, icazə siqnalı da yaşıl idi.
Amma yaponlar bu siqnalı həmişə midori deyil, aoi adlandırıblar. Nəticədə 1973-cü ildə Yaponiya hökuməti işıqforların mavi rəngdə olması barədə qərar qəbul edib.