Bakıda ictimai iaşə dövriyyəsinin dəyəri 8 % artıb

Bakıda ictimai iaşə dövriyyəsinin dəyəri 8 % artıb
 

Bu ilin yanvar-iyun aylarında ictimai iaşə dövriyyəsinin dəyəri 708,1 milyon manat təşkil edib.

Bu barədə Paralel.az a Dövlət Statistika Komitəsinin Bakı şəhər statistika idarəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,8 % çoxdur.

Hesabat dövründə ictimai iaşə dövriyyəsi 422,9 milyon manatlıq hissəsi hüquqi şəxslərin payına düşüb.

Xatırladaq ki, 6 ay ərzində Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri ötən ilin müvafiq dövrünə nisbətən real ifadədə 7,8 % artaraq 1 milyard 3 milyon manat olub.

 

0.026449918746948