Ermənistan əvvəlkindən ikiqat artıq Rusiyadan asılı vəziyyətdədir - Politoloq
Mövcud hakimiyyətin yürütdüyü xarici siyasət nəticəsində Ermənistan Qərblə Rusiya arasındakı münaqişənin mərkəzinə çevrilib.
Paralel.az xəbər verir ki, bunu erməni politoloq Armen Manvelyan deyib.
Onun sözlərinə görə, Ermənistan hazırda təhlükəsizlik vakuumundadır. "Bu, bizim bu və ya digər təhlükəsizlik zonasında olduğumuzdan daha təhlükəlidir", - o qeyd edib.
Politoloq əlavə edib ki, hakimiyyət guya yeni təhlükəsizlik sistemi yaradırlar, amma reallıqda Ermənistan bu gün daha ciddi təhlükə altındadır:
" Əvvəlki təhlükəsizlik sistemini tərk etmələ biz əslində təhlükəsizlik sistemini itirmişik. Həm Avropa Birliyinin, həm də ABŞ-ın səmimi rəsmiləri bizə deyirlər ki, əgər siz yeni təhlükəsizlik sistemi istəyirsinizsə, türklərlə, azərbaycanlılarla anlaşın.
Bizim Rusiya ilə əlaqəmizi kəsmək Ermənistanın məhvinə gətirib çıxaracaq. Bu günkü hakimiyyət “anti-Rusiya siyasəti” ilə ölkənin Rusiyadan asılılığını 3 dəfə olmasa da, ikiqat artırıb. Əgər keçmişdə Ermənistanın xarici siyasətinin 30%-i Rusiyadan ibarət idisə, bu gün isə bu, ən azı 70%-dir".
Manvelyan onu da qeyd edib ki, bir də təhlükəsizlik sistemləri pulsuz deyil: "Bu gün bu sistemi qəbul edəsən, ertəsi gün başqasını. Beynəlxalq sistemdə oyun qaydalarını müxtəlif vaxtlarda iqtisadi, siyasi və ya hərbi ola bilən rəqabətdə olan böyük dövlətlər diktə edir".