7 ayda 10 milyard manatdan çox vergi yığılıb

7 ayda 10 milyard manatdan çox vergi yığılıb
 

2024-cü ilin yanvar-iyul ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 10 milyard 272 milyon 795,7 min manat vergi daxil olub.

Xidmətin yaydığı məlumatda bildirlir ki, qeyri-neft-qaz sektorundan daxilolmalar 6 milyard 944,1 milyon manat təşkil edib. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 778,8 milyon manat və ya 12,6 faiz çox olub.

Ödənilən vergilərin 67,6 faizi qeyri-neft-qaz sektorunun, 32,4 faizi isə neft-qaz sektorunun payına düşüb.

 

0.023792028427124